"Lukaşenko hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır..."  - Tixanovskaya

"Lukaşenko hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır..."  - Tixanovskaya<span class="qirmizi"></span>

"Lukaşenko Belarusun milli identikliyinin tamamilə dağıdılmasına yönəlik siyasət yeridir..."

"Yalnız demokratik Belarus ölkəmizin nüfuzunu yaxşılaşdırar və onu bərpa edə bilər..."

Belarus müxalifətinin lideri Beynəlxalq Cinayət Məhkəməsinə Lukaşenkonun həbsinə order verməyə çağırış edib

Lukaşenko Belarusun milli identikliyinin tamamilə dağıdılmasına yönəlik siyasət yeridir.

Moderator.az xəbər verir ki, bu barədə Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya mayın 26-da Kiyevdə Arseniy Yatsenyukun "Open Ukraine" fondu tərəfindən təşkil edilən təhlükəsizlik üzrə forumun gedişində bəyan edib.

Beynəlxalq Cinayət Məhkəməsi təcavüzkar ölkə olan Rusiya prezidentinə qarşı olduğu kimi, özünü Belarusun prezidenti elan etmiş Aleksandr Lukaşenkonun həbsinə order verməlidir, Tixanovskaya bəyan edib.

Onun sözlərinə görə, müavini Pavel Latuşkonun açıqladığı hesabatda ukraynalı uşaqların təkcə Rusiya ərazisinə deyil, Belarus ərazisinə də deportasiya edilməsi faktı təsbit edilib.

Bununla əlaqədar olaraq, onun fikrincə, Beynəlxalq Cinayət Məhkəməsi Lukaşenkonun da həbsinə order verməlidir.

"Lukaşenko özünün hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Biz Lukaşenkoya qlobal impiçment təmin etməli və onun cinayətlərinə son qoymalıyıq. Yalnız demokratik Belarus ölkəmizin nüfuzunu yaxşılaşdırar və onu bərpa edə bilər", - Tixanovskaya deyib.

Belarus rejiminə qarşı sanksiyaların yumşaldılmasının mümkünlüyü barədə söz-söhbətləri o, "yalan praktika" adlandırıb.

"Biz bu rejimə sanksiyalar və siyasi təcridlə daha çox təzyiq etməliyik. Lukaşenko Avropada sabitliyin pozulması elementi kimi istifadə edilir. Putinsiz bu rejim yaşaya bilməz", - Tixanovskaya vurğulayıb.

O, qeyd edib ki, Lukaşenko Belarusun milli identikliyinin tamamilə dağıldılmasına yönəlik siyasət yeridir.

"Lukaşenko Rusiyaya öz ərazisini, silahını verərək, Ukraynaya qarşı təcavüzün davam etdirilməsinə imkan yaradır. Bizim üçün yeganə şans Ukraynanın qələbəsidir, amma bu o demək deyil ki, biz səylərimizi davam etdirməməliyik, əksinə, biz onları artırmalıyıq...

Ölkə əhalisinin əksəriyyəti müstəqillik uğrunda, müharibənin və nüvə silahının əleyhinə çıxır, lakin repressiv rejim bu əhval-ruhiyyənin qarşısını alır", - Tixanovskaya deyib.

Mənbə: moderator.az