Slovakiya Milli Şurasının (parlamentinin) spikeri Boris Kollar iyunun 9-da respublikada növbədənkənar parlament seçkilərinin keçirilmə tarixini rəsmən açıqlayacaq.
Bu barədə cümə günü TASR xəbər agentliyi məlumat yayıb.
Slovakiyanın parlament partiyalarının liderlərinin əvvəlcədən razılaşdırdıqları kimi, seçkilər sentyabrın 30-da keçiriləcək. Parlamentin spikeri, agentliyin məlumatına görə, bu sazişə yenidən baxmaq niyyətində deyil.