Moldovada fövqəladə vəziyyət uzadıldı

Moldovada fövqəladə vəziyyət uzadıldı<span class="qirmizi"></span>

Moldovada fövqəladə vəziyyət rejimi 60 gün müddətinə uzadılıb.

Bu haqda Moldova parlamentinin mətbuat xidməti məlumat yayıb.

“Moldovada fövqəladə vəziyyət iyunun 4-dən 60 gün uzadılıb. Hökumətin təklifi ilə Milli Məclis qərar layihəsini 58 səslə qəbul edib”, - məlumatda qeyd olunub.

Moldova hökuməti öz qərarını onunla əsaslandırır ki, Ukraynada baş verən hadisələrə görə respublikanın hava məkanının pozulması riski var. Bundan əlavə, hibrid müharibə, dövlət qurumlarına və kritik infrastruktura qarşı kiberhücumlar kimi təhlükə var.

Xatırladaq ki, Moldovada fövqəladə vəziyyət 2022-ci il fevralın 24-də tətbiq edilib.

Mənbə: publika.az