Putin hesablamalarında yanıldı - Kansler

Putin hesablamalarında yanıldı - <span class="qirmizi">Kansler</span>

Qərbin Ukraynaya dəstəyi azalmır.

Axar.az xəbər verir ki, bu sözləri Estoniyanın paytaxtı Tallində səfərdə olan Almaniya kansleri Olaf Şolts deyib.

O bildirib ki, Rusiyanın Ukraynadakı müharibəsi anlamsızdır və qoşunlarını çəkməlidir.

Kansler alyansın şərq cinahının müdafiəsinin vacibliyini vurğulayıb, Rusiyanın onu zəiflədə bilməyəcəyini söyləyib:

“Putin öz hesablamalarında yanıldı. O, NATO-nu zəiflətməyə çalışdı, lakin bunun əksinə nail oldu”.

Mənbə: axar.az