Almaniya Ukraynaya təhvil verilənləri əvəz etmək üçün “Kraus-Maffei Wegmann” şirkətinə yeni “Leopard 2” tankları sifariş edib.
Lent.az-ın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, 2025-ci ilə qədər qoşunlara 2A8 modifikasiyalı 18 döyüş maşını verilməlidir.
Jurnalistlərin fikrincə, müqavilənin ümumi dəyəri 525 milyon avrodur.
Mənbə: lent.az