Rusiya Ukrayna ilə sülh üçün şərtləri açıqladı

Rusiya Ukrayna ilə sülh üçün şərtləri açıqladı<span class="qirmizi"></span>

Ukraynanın NATO və Avropa İttifaqına üzv olmaqdan imtina etməsi və bitərəf qeyri-blok statusuna qayıtması sülhə nail olmaq üçün şərtlərdən biridir.

Teleqraf.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Biz əminik ki, həll yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatları və Qərb silahlarının tədarükü dayandırılacağı təqdirdə mümkündür. Hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna bitərəf qeyri-blok statusuna qayıtmalıdır”.

Bundan əlavə, Qaluzin qeyd edib ki, yeni ərazi reallıqları da tanınmalıdır.

Mənbə: teleqraf.com