Türkiyə sabah prezident seçkiləri üçün yenidən sandıq başına gedəcək.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, səsvermə saat 08:00-da başlayacaq və 17:00-da başa çatacaq.
Bu gün saat 18:00-dan etibarən Türkiyədə təbliğat qadağası başlayıb. 24 saat davam edəcək qadağada seçki məntəqələri bağlanana qədər təbliğat xarakterli xəbərlər və yayımlar mümkün olmayacaq.
Mənbə: www.unikal.org