Türkiyə MSK rəhbəri: Prezident seçkilərinin ikinci turu insidentsiz keçir

Türkiyə MSK rəhbəri: Prezident seçkilərinin ikinci turu insidentsiz keçir<span class="qirmizi"></span>

"Türkiyədə prezident seçkilərinin ikinci turu bütün ölkədə insidentsiz keçirilir".

Bizimyol.info xəbər verir ki, bunu bazar günü respublikanın Mərkəzi Seçki Komissiyasının (Yüksek Seçim Kurulu) rəhbəri Əhməd Ener deyib.

“Türkiyədə prezident seçkilərinin ikinci turunda səsvermə insidentsiz və problemsiz keçir. Vətəndaşlar birinci turda olduğu kimi, ikinci turda da seçkilərə yüksək maraq göstərirlər. Bildiyiniz kimi, mayın 14-də prezidentliyə namizədlər və 24 digər partiya seçkilərdə iştirak edib. İndi bizim cəmi iki prezidentliyə namizədimiz var. Ona görə də biz nəticələri daha qısa müddətdə hesablamağı gözləyirik”, - deyə Ankaradakı seçki məntəqəsində də olduğu jurnalistlərə açıqlama verən MSK sədri bildirib.

Yener xatırladıb ki, səslərin hesablanmasının ilkin nəticələrinin saat 21:00-a qədər elan edilməsinə qoyulan qadağa hələ də qüvvədədir. “Saat 17:00-dan sonra komissiya toplaşacaq və vəziyyəti qiymətləndirəcək. Qadağanın aradan qaldırılması ilə bağlı qərar daha tez verilsə, bu barədə sizə məlumat verəcəyik”, - deyə o qeyd edib.

Türkiyədə prezident seçkilərinin ikinci turunda səsvermə bu gün səhər yerli vaxtla saat 08:00-da başlayıb.

Seçki məntəqələri saat 17:00-a qədər açıq olacaq, bundan sonra səslərin hesablanmasına başlanılacaq. Səsvermənin ilk nəticələrinin bazar günü axşam elan ediləcəyi gözlənilir. İyunun 1-dək MSK mayın 14-də keçirilən həm prezident, həm də parlament seçkilərinin yekun nəticələrini elan etməyi planlaşdırır.

Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu dövlətin ən yüksək vəzifəsinə namizəddirlər.

Mənbə: www.bizimyol.info