Toydan əvvəl seçkiyə getdilər- FOTO

Toydan əvvəl seçkiyə getdilər- <span class="qirmizi">FOTO</span>

Türkiyənin Düzce şəhərində evlənəcək cütlük prezident seçkilərinin ikinci turunda səs vermək üçün seçki məntəqəsinə gediblər.

Publika.az “TRT Haber”ə istinadən xəbər verir ki, axşam saatlarında keçiriləcək toy mərasimindən əvvəl mərkəzə bağlı Karaca məhəlləsindəki 100-cü il ibtidai məktəbindəki seçki məntəqəsinə gedən cütlük Özge və İsmail Çoban gəlinlik və bəylik geyimində səs veriblər.

Özge Çoban jurnalistlərə açıqlamasında: "Toyumuz seçki gününə təsadüf etdi. Ölkəmizə, millətimizə xeyirli olsun. Toyun bu gün olmağı bizim üçün xüsusi bir an oldu”, - deyib.

İsmail Çoban isə toylarının seçki gününə təsadüf etməməsinə çalışdıqlarını, lakin təxirə sala bilmədiklərini vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.

Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək.

Mənbə: publika.az