Akşener seçimini etdi

Akşener seçimini etdi<span class="qirmizi"></span>

Türkiyənin İYİ partiyasının sədri Meral Akşener prezident seçkilərinin II turunsda səs verib.

Publika.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Müxalif partiya sədri İstanbulda səs verib.

Seçkilərin hər kəs üçün çox əhəmiyyətli olduğunu vurğulayan Akşenər: "Xüsusən gənclərin gələcəyi üçün çox əhəmiyyətli olan bir seçkinin ikinci mərhələsində səsimizi verdik. Ümid edirəm ki, ölkəmiz və millətimiz üçün xeyirli olar. Allah qəlbimizdə olanları bizə qismət etsin”, - deyib.

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.

Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

Mənbə: publika.az