İran jurnalistləri həmkarlarına açıq məhkəmənin keçirilməsini tələb edirlər

İran jurnalistləri həmkarlarına açıq məhkəmənin keçirilməsini tələb edirlər<span class="qirmizi"></span>

İrandakı teokratik rejimin repressiya siyasətinin əsas elementlərindən biri də etirazçıların qapalı məhkəmələrdə mühakimə olunmasıdır. Qapalı məhkəmə sistemi prosessual qaydaların, qanunların ciddi şəkildə pozulmasına və hakimiyyətin istədiyi hökmlərin çıaxrılmasına şərait yaradır. Ona görə də, İranda açıq məhkəmələrin keçirilməsi tələbi günü ən aktual mövzularından biridir. AzVision.az xəbər verir ki, Tehran vilayətinin Jurnalistlərin həmkarlar ittifaqı Məhsa Əmininin ölüm xəbərləri ilə bağlı həbs edilmiş iki jurnalistin—Nilufər Hamidinin və İlahə Məhəmmədinin barəsində açıq və ədalətli şəkildə mühakimə olunmasına çağırıb.
Qurumun bəyanatında həbs edildikdən sonra bu xanım jurnalistlərə qarşı peşə vəzifələrini yerinə yetirmək xaricində ittihamlar irəli sürüldüyü deyilir. Halbuki, jurnalistlər qanun çərçivəsində öz peşə vəzifələrini yerinə yetiriblər.

- Onların həbsi müvafiq media tərəfindən verilən hüquqi işləri yerinə yetirdikdən sonra baş verdi. İndi mətbuat ictimaiyyəti ədalətli və açıq məhkəmədə həmkarlarının taleyini izləməyi gözləyir və jurnalistlər bu ittihamların həqiqət olduğunu ciddi şəkildə aydınlaşdırmaq istəyirlər. Eyni zamanda, açıq məhkəmə prosesi jurnalistlərin daha şəffaf və təhlükəsiz şəraitdə peşəkar fəaliyyətlərini həyata keçirməsinə kömək edə bilər. Tehran əyaləti Jurnalistlər cəmiyyəti məhbusların ailələrinin və media mənsublarının məhkəmənin açıq olması tələbini təsdiqləyərək, jurnalist həmkarlarının işində ədalətli məhkəmə prosesinin digər standartlarının tətbiqini gözləyir”, - bəyanatda vurğulanır.

İran Məhkəmə hakimiyyətinin sözçüsü bu xanım jurnalistlərin məhkəməsinin iyunun 29-u və 30-da keçiriləcəyini bildirib. Nilufər Hamidinin əri Məhəmməd Hüseyn Acərlu məhkəməyə bir neçə gün vaxt qalsa da, vəkillərin hələ də müvəkkilləri ilə görüşüb danışa bilmədiklərini deyib.
 

 

 

Mənbə: azvision.az