Sərhəddə toqquşma: İran itkilərini açıqladı

Sərhəddə toqquşma: İran itkilərini açıqladı<span class="qirmizi"></span>

Əfqanıstanla sərhəddə baş verən toqquşmalarda bir İran sərhədçisi ölüb, iki əsgər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə İran Sərhəd Qüvvələri Komandanlığının məlumatında bildirilib.

Qeyd edilib ki, toqquşma Sistan və Bəlucistan əyalətinin Sasuli yaşayış məntəqəsi ərazisində baş verib.

“Tasnim” isə Talibanın da itki verdiyini, ancaq itkilərin miqyasının bilinmədiyini yazıb.

Qeyd edək ki, İRNA xəbər agentliyi ötən gün İranın iki sərhədçisinin öldüyünü bildirmişdi.

Xatırladaq ki, İranla Əfqanıstan arasındakı su mübahisəsi ötən gün silahlı qarşıdurmaya qədər gərginləşib. Sərhəddə baş verən atışmanın ardınca Taliban İranın 18 sərhəd məntəqəsini məhv etdiyini açıqlayıb.

İranın isə Əfqanıstana raket zərbəsi endirdiyi bildirilir.

Mənbə: axar.az