"Lukaşenko Putinlə görüşdən sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib" - Belarus müxalifətçisi
"Tsepkalo Qərb ölkələrinə Belarusda keçid dövrünün təhlükəsizliyinin təmin edilməsinə çağırış edib..."
"Mən ölməyə hazırlaşmıram, Siz mənimlə hələ çox əzablar çəkəcəksiniz..."
Lukaşenko Moskvada xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu deyilir
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə qapalı görüşdən sonra təcili olaraq Moskvanın Mərkəzi Kliniki Xəstəxanasına yerləşdirilib.
Moderator.az xəbər verir ki, bu barədə Belarus müxalifətçisi Valeri Tsepkalo "Twitter" səhifəsində məlumat verib (söhbətin təsdiq edilməyən məlumatdan getdiyi qeyd edilib). Məlumatı "QORDON" internet nəşri yayıb.
İlkin məlumata görə, Lukaşenko hazırda kritik vəziyyətdə həkimlərin müşahidəsi altındadır, yardım üçün "aparıcı mütəxəssislər" çağırılıb.
"Qanın təmizlənməsi üzrə prosedurlar aparılıb, Lukaşenkonun daşına bilməyəcəyi müəyyən edilib. Belarus diktatorunun xilas edilməsi üzrə mütəşəkkil səylər onun, guya, Kreml tərəfindən zəhərləndirildiyi barədə şayiələrin təkzib edilməsinə yönəlib. Onun sağalıb- sağalmamasından asılı olmayaraq, həkimlər residivlərin mümkün olacağı barədə xəbərdarlıq edilib", - Tsepkalo yazıb.
O, Belarusun demokratik forumunun nümayəndəsi kimi Qərb ölkələrinə yaxın günlərdə strateji iclas keçirilməsinə, Belarusda "keçid dövrünün təhlükəsizliyinin təmin edilməsi üçün" "Seçkilər" təşəbbüsünün müzakirə edilməsinə çağırış edib.
Tsepkalo Lukaşenkonun 2020-ci ilin avqust ayında prezident seçkilərində başlıca rəqiblərindən biri olub, lakin o, seçkilərə buraxılmayıb, Belarusun Mərkəzi Seçki Komissiyası müxalifətçinin qərargahı tərəfindən onun namizədliyinə dəstək olaraq təqdim etdiyi imzaların təxminən yarısını etibarsız hesab edib.
Həbsdən çəkinərək, 2020-ci ilin iyulunda o, Rusiyaya gedib, sonra siyasətçi bir müddət Ukraynada, daha sonra Latviyada yaşayıb, 2021-ci ildə isə ailəsi ilə birgə Yunanıstana köçüb. 2023-cü ildə Belarusda qiyabi olaraq 17 il koloniyada həbsə məhkum edilib.
Lukaşenko Belarusa 1994-cü ildən rəhbərlik edir. "Zerkalo" nəşri hesablayıb ki, son 10 ildə Lukaşenko və nümayəndələri onun sağlamlığı haqqında cəmi dörd dəfə danışıb. 2013-cü və 2014-cü illərdə o, dizlərindən əməliyyat olunub, 2020-ci ildə isə özü deyib ki, koronavirusu əlamətsiz keçirib.
9 may 2023-cü ildə Moskvada hərbi paradda Lukaşenko əli bintlə sarınmış vəziyyətdə olub, KİV-lərin yazdığı kimi, "özünün sağlam olmayan görünüşü ilə diqqət çəkib".
Sonra Lukaşenko bir neçə gün ictimaiyyət qarşısına çıxmayıb, o cümlədən mayın 9-da onun əvəzinə müdafiə naziri məruzə edib, mayın 14-də isə Minskdə Dövlət bayrağı, gerbi və himni şərəfinə təntənəli tədbirlərdə görünməyib.
Lukaşenko mayın 15-də publika qarşısına çıxıb. Həmin gün KİV-lər onun hərbi formada şəklini dərc edib və prezidentin geyiminin altında əlində venoz kateterin qoyulduğu zaman istifadə edilən sarğıya diqqət çəkib.
Mayın 23-də ölkə səhiyyəsinin aktual problemlərinə həsr edilən müşavirədə o, bəyan edib ki, adenovirus infeksiyasına yoluxub və "ölmək fikri yoxdur".
"Kimsə hesab edirsə ki, mən ölməyə hazırlaşıram, sakitləşsin. Bu, Telegram-kanalların, sosial şəbəkələrin uydurmasıdır. Məndə adenovurus olub, bu, üç günə müalicə edilir. Amma mənim müalicə olunmağa zamanım olmayıb, bunlar yığılıb qalıb.
Ona görə də, uşaqlar, mən ölməyə hazırlaşmıram. Siz mənimlə hələ çox əzab çəkəcəksiniz", - Lukaşenko izah edib, amma son fotoşəkillərdə gah sağ, gah da sol əlinin nədən bintlə sarındığına aydınlıq gətirməyib.
Mayın 25-də Lukaşenko Moskvada Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasında iştirak edib.
Mənbə: moderator.az