Rusiya Zəngəzurda konsulluq açacaq

Rusiya Zəngəzurda konsulluq açacaq<span class="qirmizi"></span>

Rusiya Zəngəzurda konsulluq açacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Moskvada erməni-rus ekspertlərinin dəyirmi masasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktor müavini Sergey Paltov deyib.

Paltovun sözlərinə görə, mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşündə Ermənistan tərəfi Rusiyanın konsulluğunun açılmasına razılıq verib.

Mənbə: qafqazinfo.az