Bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski İran xalqına müraciət edərək, sadə ukraynalıların öldürülməməsi üçün Rusiyaya dronlar satmamağa çağırdı. Tehranı bu əməldən çəkindirmək üçün Ukrayna prezidenti həm də ölkə parlamentinə təqdim olunan qanun layihəsində İrana qarşı 50 il müddətində sanksiyalar tətbiq etmək təklifini verib. AzVision.az xəbər verir ki, Ali Radanın saytında yerləşdirilən qanun layihəsində İran İslam respublikasına qarşı 50 il müddətində xüsusi sektoral və iqtisadi məhdudiyyət tədbirlərinin (sanksiyaların) tətbiq olunması təsdiqlənir.
Deputatların qanun layihəsini dəstəkləyəcəyi halda İranla bütün ticari əlaqələrə qadağa qoyulacaq, Ukrayna ərazisinə resursların nəqli, uçuşlar və buradan keçən daşımalar dayandırılacaq. Ukraynada yaşayan İran vətəndaşalrı isə öz kapitallarını bu ölkədən çıxara bilməyəcəklər.
Bundan əlavə, rəsmi Kiyev İrana sərmayələrin yatıtılmasına qadağa da daxil olmaqla Tehrana qarşı daha bir neçə məhdudiyyət tədbirləri görə bilər.
Mənbə: azvision.az