Kremlin Paşinyana SUİ-QƏSD SSENARİSİ: "Rusiyanın məqsədinə nail olub-olmayacağı..."

Kremlin Paşinyana SUİ-QƏSD SSENARİSİ: <span class="qirmizi">"Rusiyanın məqsədinə nail olub-olmayacağı..."</span>

“Paşinyana qarşı nə qədər antitəbliğat işləri aparılsa da, mitinqlər keçirilsə də, Rusiya məqsədinə nail olmayıb”.

Bu fikirləri Rusiyanın Ermənistanda Nikol Paşinyan hakimiyyətinə təzyiq və təsir mexanizmlərindən danışan politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiyanın Ermənistanda hazırki Qərbyönümlü hakimiyyətə etdiyi təzyiq metodlarından biri hər zaman müxalifət üzərindən olub:

“44 günlük müharibədən sonra Rusiya Ermənistana təzyiq etmək üçün Qarabağ kartından istifadənin get-gedə işə yaramadığını müşahidə etdi. Xüsusilə Paşinyanın yenidən seçilməsi erməni xalqının müharibə istəmədiyi mesajını verdi. Bu səbəbdən Rusiya Paşinyan hakimiyyətinə qarşı yalnız müxalif qüvvələr üzərindən təzyiq formalaşdırır. Bununla isə Rusiyanın məqsədinə nail olub-olmayacağı sual altındadır. Çünki Paşinyana qarşı nə qədər antitəbliğat işləri aparılsa da, mitinqlər keçirilsə də, Rusiya məqsədinə nail olmayıb.

Rusiya əlavə olaraq Ermənistan ordusunda rusyönümlü hərbçilərdən də istifadə edə bilər. Gündəm zaman-zaman dəyişir. Son vaxtlar Paşinyanın parlamentə gəldiyi zaman gücləndirilmiş mühafizə tədbirləri görüldüyü müşahidə olunur. Bu da Paşinyana qarşı sui-qəsd oluna bilmə ehtimalını daha da çoxaldır”.

Nəsimi Ələsgərli

Mənbə: yenicag.az