Türkiyədə keçirilən prezident seçkilərinin yekun nəticələri bu vaxt açıqlanacaq

Türkiyədə keçirilən prezident seçkilərinin yekun nəticələri bu vaxt açıqlanacaq<span class="qirmizi"></span>

Türkiyə Ali Seçki Şurası (MSK) prezident seçkilərinin yekun nəticələrini iyunun 1-də elan etmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Ankaradakı mənbə məlumat yayıb .

Agentliyin həmsöhbətinin sözlərinə görə, seçkinin nəticələrinin açıqlanmasında heç bir gecikmə olmayacaq və qanunla olduğu kimi, iyunun 3-də prezident and içəcək.

Bundan əvvəl Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2 və ya 3-də baş tuta bilər.

Mayın 28-də Türkiyənin Ali Seçki Şurası Əhməd Yener prezident seçkilərinin ikinci turunda Ərdoğanın qalib gəldiyini elan edib. O, səslərin 52 faizini qazanıb.

 

Mənbə: www.unikal.org