Ukrayna yenə Rusiyaya zərbə endirdi: ölənlər var

Ukrayna yenə Rusiyaya zərbə endirdi: <span class="qirmizi">ölənlər var</span>

Ukrayna ordusu Şebekinsk rayonunun sərhəd kəndinin əhalisinin müvəqqəti məskunlaşdığı məntəqəni atəşə tutub.

Axar.az xəbər verir ki, bu barədə Belqorod şəhərinin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

“Hələk olan və yaralanan insanlar var”, - o, teleqram kanalında bildirib.

Qeyd edək ki, Ukrayna artıq Rusiyanın sərhəd Belqorod vilayətini vaxtaşırı olaraq vurur.

Mənbə: axar.az