DSX-nin ələ keçirdiyi erməni diversantlar – FOTO

DSX-nin ələ keçirdiyi erməni diversantlar – <span class="qirmizi">FOTO</span>

Xəbər verdiyimiz kimi, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdı.

Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan silahlı qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdı.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaqa başlanılıb və toplanmış sübutlar əsasında Harut Hovakimyan və Karen Qazaryan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Həbs edilən erməni diversantların sosial şəbəkədə yayılan fotolarını təqdim edirik:

Mənbə: axar.az