Addım-addım SÜLHƏ DOĞRU: "Qarabağda çıxış edən əldəqayırma deputatlar..."

Addım-addım SÜLHƏ DOĞRU: "Qarabağda çıxış edən əldəqayırma deputatlar..."<span class="qirmizi"></span>

 

“44 günlük müharibədə məğlub olmuş şəxs yenidən seçildi, yəni xalq sülhə səs verdi və hazırkı vəziyyətdə Azərbaycanın irəli sürdüyü beş baza prinsipinə əsaslanan sülh müqaviləsinin imzalanmasını istəyir”.

Bu fikirləri Ermənistanda Azərbaycanla sülh istəməyən qüvvələrin fəaliyyətinə münasibət bildirən politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, cari il ərzində sülh müqaviləsinin imzalanması ehtimalını yüksək olduğunu bildirib:

“Bu gün onların maddi vəsaiti hətta Ermənistan parlamentində təmsil olunaraq ölkənin siyasətinə təsir edə biləcək qədər çoxdur. Son otuz ildə baş verən proseslər erməni xalqının artıq müharibədən doyduğunu, oğullarını, ərlərini qurban vermək istəmədiklərini göstərdi.

Köçəryan, Sarkisyan hakimiyyəti dövründə erməni xalqı onların hərəkətindən incidi. Ermənistanı çapıb-talayan bu şəxslərə qarşı erməni xalqında nifrət var. Onların əlindən cana yığılan erməni xalqı Nikol Paşinyanı hakimiyyətə gətirdi və 44 günlük müharibədə məğlub olmuş şəxsi yenidən seçdi. Yəni xalq sülhə səs verdi və hazırkı vəziyyətdə Azərbaycanın irəli sürdüyü beş baza prinsipinə əsaslanan sülh müqaviləsinin imzalanmasını istəyir.

Brüssel görüşündə Azərbaycanın 86.6 kvadrat kilometrlik ərazisini tanıyan Ermənistan hakimiyyətinə qarşı Qarabağda və Ermənistanda antiPaşinyan hərəkatı başlayıb. Qarabağda çıxış edən əldəqayırma deputatlar mübarizə aparacaqlarını bildirirlər. Lakin onların bütün cəhdləri əbəsdir. Çünki ABŞ və Aİ Ermənistanla Azərbaycan arasında sülhü təmin etmək üçün səy göstərir. Onların Cənubi Qafqazda böyük marağı sülh müqaviləsinin bağlanması, rus qoşunlarının regiondan çıxarılmasından ibarətdir. “Daşnaksütyun” başda olmaqla, sülhə qarşı çıxan heç bir qüvvə istəyinə çata bilməyəcək. Biz 2023-cü il ərzində sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq”.

Mənbə: yenicag.az