Rusiya Finlandiyanın Petrozavodskdakı nümayəndəliyini bağlayır

Rusiya Finlandiyanın Petrozavodskdakı nümayəndəliyini bağlayır<span class="qirmizi"></span>

Rusiya iyulun 1-dən Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun Petrozavodsk və Murmansk filiallarının fəaliyyətinə verdiyi razılığı geri götürüb, həmçinin Finlandiyanın Lappeenranta şəhərindəki səfirliyinin ofisini də bağlayacaq.

Rusiya Xarici İşlər Nazirliyi çərşənbə axşamı Finlandiyanın Moskvadakı səfiri Antti Helanteraya qarşılıqlı konsulluğun azaldılmasına dair nota təqdim edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Moskva bu qərarda Helsinkini günahlandırır, departamentin bildirdiyinə görə, onlar Rusiyaya qarşı “qarşıdurma kursu” tutublar, hava nəqliyyatını dayandırıblar və turistlərin buraxılmasına icazə vermirlər.

Xatırladaq ki, bundan əvvəl Rusiya Finlandiyanın Moskva və Sankt-Peterburqdakı diplomatik nümayəndəliklərinin hesablarını dondurub.

Yeri gəlmişkən, 2022-ci ilin sentyabrından Finlandiya, bir çox digər Avropa ölkələri kimi, ruslar üçün vizaların verilməsini yarıbayarı azaldıb.

Mənbə: sia.az