BMT rəsmisi: “Taxıl müqaviləsi üzrə danışıqlar davam edir”

BMT rəsmisi: “Taxıl müqaviləsi üzrə danışıqlar davam edir”<span class="qirmizi"></span>

“Taxıl müqaviləsi üzrə danışıqlar davam edir”.

“Report” xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib.

“Qara dəniz təşəbbüsünün, o cümlədən taxıl ixracı və ammonyak ilə bağlı məsələlərin müzakirəsi davam edir. Biz razılaşmaların hər bir bəndinin həyata keçirilməsinə nail olmaq üçün bütün tərəflərlə fəal işləməyə davam edirik. Amma tərəflər arasında aparılan danışıqların təfərrüatlarını açıqlamayacağam”- deyə, o bildirib.

Daha əvvəl “Reuters” agentliyi Ukraynanın infrastruktur nazirinin müavininə istinadən xəbər vermişdi ki, Kiyev Tolyatti -Odessa ammonyak boru kəmərinin işə salınacağı təqdirdə taxıl sazişinin həyata keçirilməsinin davam etdirilməsi üçün Rusiya və BMT-dən zəmanət almaq istəyir.

Mənbə: report.az