Ərdoğana hədiyyə edilən şir dörd bala dünyaya gətirdi - FOTO

Ərdoğana hədiyyə edilən şir dörd bala dünyaya gətirdi - <span class="qirmizi">FOTO</span>

Sudanlı həmkarı Ömər əl-Bəşir tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən şir 4 bala dünyaya gətirib.

Məlumata görə, Sudan lideri 4 il əvvəl Ərdoğana 2,5 aylıq 4 şir (iki erkək və iki dişi) hədiyyə edib.

Bu gün dişi heyvanlardan biri dörd bala dünyaya gətirib. Hazırda vəhşi heyvanlar Qaziantep zooparkında saxlanılır.

Ana-şir və balalarının səhhətinın qənaətbəxş olduğu bildirilir.

Mənbə: moderator.az