İrəvan bizi müdafiə etmir: biz isə zərbə endirməyə hazırıq

İrəvan bizi müdafiə etmir: biz isə zərbə endirməyə hazırıq<span class="qirmizi"></span>

İndi açıq-aydın qeyd edə bilərik ki, əvvəllər Qarabağ məsələsini birtəhər beynəlxalq səviyyədə müzakirə etməyə cəhd edən rəsmi İrəvan, nəhayət, indi onun müdafiəsini davam etdirməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu sözləri Qarabağa göndərilmiş rusiyalı erməni əsilli milyarder Ruben vardanyan son hadisələr fonunda qeyd edib.

O bildirib ki, buna baxmayaraq, “Qarabağ ordusu” (qanunsuz silahlı dəstələr – red.) cavab zərbəsi endirməyə hazırdır:

“Vəziyyətin gərginləşəcəyi təqdirdə “təcavüzkar” (Ordumuz nəzərdə tutulur – red.) böyük itkilər verməli olacaq. Üstəlik, birbaşa hərbi təcavüz halında biz kifayət qədər effektiv qeyri-mütənasib əks tədbirlər görməyə hazırıq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı separatçılara təslim olmaq üçün son fürsət verdiyini elan edib.

Mənbə: axar.az