BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi

BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi<span class="qirmizi"></span>

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq hissi duyuram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Mənbə: qafqazinfo.az