Putin Türkiyəyə getməyəcək

Putin Türkiyəyə getməyəcək<span class="qirmizi"></span>

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Rusiyanı təmsil edəcək.

Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə çərşənbə günü Rusiya prezidentinin köməkçisi Yuri Uşakov mətbuat konfransında bildirib.

"Bəli, Vyaçeslav Viktoroviç Volodin", - Uşakov jurnalistin mərasimdə Rusiya Federasiyasını kimin təmsil edəcəyinin məlum olub-olmaması ilə bağlı sualını cavablandırıb.

Gözlənilir ki, prezident Ərdoğanın andiçmə mərasiminin dəqiq tarixi Türkiyə Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açıqladıqdan sonra məlum olacaq.

Daha əvvəl MSK-dakı mənbənin TASS-a verdiyi məlumata görə, bu, iyunun 1-də baş verə bilər. Belə olan halda inauqurasiya iyunun 3-də baş tuta bilər.

Tunar Altunbay

Mənbə: redaktor.az