Paşinyandan beştərəfli görüşlə bağlı ilk AÇIQLAMA

Paşinyandan beştərəfli görüşlə bağlı ilk <span class="qirmizi">AÇIQLAMA</span>

Ermənistan və Azərbaycan 1975-ci ilin xəritəsini növbəti delimitasiya üçün əsas götürməyə etiraz etmirlər.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşü zamanı deyib.

O, bunu Ermənistanın 29,8 min hv.km ərazinin tanınması istiqamətində növbəti addım adlandırıb.

“Biz tərəflərin suverenliyi və yurisdiksiyası altında 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndinin icrası ilə bağlı regional kommunikasiyalar açmağa hazırıq”, - Paşinyan bildirib.

O, beştərəfli görüşü faydalı adlandırıb.

Paşinyan bildirib ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsi Almatı Bəyannaməsi əsasında SSRİ-nin inzibati sərhədlərinin dövlət sərhədləri kimi tanınması əsasında müzakirə edilib.

Ermənistanın baş naziri bir daha bəyan edib ki, Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi beynəlxalq mexanizmlər çərçivəsində “Bakı-Xankəndi dialoqu” formatında müzakirə edilməlidir.

Qeyd edək ki, Azərbaycan delimitasiya prosesində hansı xəritənin əsas götürüləcəyi haqda indiyə qədər heç bir mövqe bildirməyib.

Mənbə: axar.az