Rusiya XİN-i Kılıçdaroğlunun iddialarını şərh etdi

Rusiya XİN-i Kılıçdaroğlunun iddialarını şərh etdi<span class="qirmizi"></span>

Rusiya Qərb kimi davranmır və digər ölkələrin daxili siyasi proseslərinə qarışmır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kamal Kılıçdaroğlunun iddialarına münasibət bildirərkən deyib.

“Biz əlaqələrimizin bütün spektrini inkişaf etdirmək üçün Türkiyə tərəfi ilə sistemli işi davam etdirmək niyyətindəyik. Bir daha deyirik ki, biz kollektiv Qərbdən nümunə götürmürük və başqa dövlətlərin daxili işlərinə qarışmağa cəhd etmirik. Türk xalqı öz demokratik iradəsini nümayiş etdirib. Biz bu seçimə hörmətlə yanaşırıq”, - o bildirib.

Qeyd edək ki, ki, Kamal Kılıçdaroğlu Rusiyanı Türkiyədə keçirilən seçki proseslərinə müdaxilədə günahlandırmışdı.

Mənbə: axar.az