Fransadan beştərəfli qeyri-rəsmi görüşlə bağlı açıqlama

Fransadan beştərəfli qeyri-rəsmi görüşlə bağlı açıqlama<span class="qirmizi"></span>

Ermənistan və Azərbaycan ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqləyiblər.

Bu barədə Moldovada keçirilən beştərəfli qeyri-rəsmi görüşün yekunlarına dair Yelisey Sarayının bəyanatında deyilir.

“Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan Baş naziri Paşinyan Fransa və Almaniya liderlərinin, eləcə də Avropa Şurasının rəhbərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Azərbaycan Prezidenti və Ermənistan Baş naziri 2022-ci il oktyabrın 6-da Praqada Almatı bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərə hörmətlə yanaşmağa sadiq olduqlarını bir daha təsdiq etdilər. Eyni zamanda, onlar Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqləyiblər”, - bəyanatda deyilir.

Qeyd olunur ki, Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də hərbi əsirlərin tezliklə azad edilməsinə əməl etməyə çağırıb.

Mənbə: axar.az