Ermənistan Baş naziri Nikol Paşinyan “CNN Primanews”a açıqlamasında 44 günlük müharibədən danışıb.
Teleqraf.com xəbər verir ki, o, müharibədən sonra Ermənistanın dalana dirəndiyini etiraf edib.
Jurnalist Azərbaycanla 44 günlük müharibə və nəticələri ilə bağlı Ermənistan baş nazirinə belə bir sual ünvanlayıb:
“Siz Ermənistanda baş verən “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmisiniz, iki ildən sonra 90-cı illərin əvvəllərindən bəri erməni xalqının ən böyük problemi ilə üzləşdiniz. Belə bir problemlə qarşılaşacağınızı gözləyirdinizmi?”
Nikol Paşinyanın cavabı belə olub:
“Təxmin edə bilərdimmi? Bəli, təxmin edə bilərdim, amma digər tərəfdən, bunun əslində təkcə çağırış deyil, geosiyasi tələ və mahiyyətcə dalan olduğunu təxmin edə bilməzdim”.
Mənbə: teleqraf.com