AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcək

AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcək<span class="qirmizi"></span>

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Azərbaycana səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan üzrə həmməruzəçilər Yan Liddell-Qreyncer (Birləşmiş Krallıq, AK/DA) və Liz Kristofersen (Norveç, SOC) Azərbaycana faktaraşdırıcı səfər edəcəklər.

İyunun 3-7-də Azərbaycanda səfərdə olacaq həmməruzəçilərin səfərinin məqsədi AŞPA-nın 2184 (2017) Qətnaməsinin qəbulundan sonra Avropa Şurası qarşısında Azərbaycanın öhdəliklərini yerinə yetirməsini qiymətləndirməkdir.

Həmməruzəçilər Bakıda Prezident Administrasiyası, xarici işlər, daxili işlər, ədliyyə nazirləri, habelə ədliyyə orqanlarının nümayəndələri ilə görüşəcəklər. Parlamentdə spiker, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə də görüşlər keçiriləcək.

Səfər zamanı onlar vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcəklər.

 

www.yenicag.az

Mənbə: yenicag.az