"Məğlub tərəfin tələb irəli sürməsi heç bir hüquqa sığan şey deyil" - Deputat

"Məğlub tərəfin tələb irəli sürməsi heç bir hüquqa sığan şey deyil" - Deputat<span class="qirmizi"></span>

Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edərkən İrəvan və Bakının 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya aparmaq barədə ilkin razılığa gəldiklərini bildirib.

Bəs, 1975-ci il xəritələri əsasında delimitasiya Azərbaycanın mənafeyinə uyğundurmu?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədovun sözlərinə görə, Paşinyan çox şey deyir.

"O, hər görüşdə bir fikir söyləyir, görüşdən sonra tamamilə başqa fikirlər söyləyir. Delimitasiya məsələsi, yəni sərhədlərin dəqiqləşməsi məsələsi, bu 1918-ci ildən bu vaxta qədər mövcud olan xəritələrin hansı əsas götürülməsi, sərhədlərin haradan təyin olunması ilə əlaqədardır” - deyən parlamentari bildirdi ki, yaradılmış komissiyalar bunları müəyyən edəcək:

“İndi bu komissiyaların biri mövcuddur. Rusiya, Azərbaycan və Ermənistan baş nazirinin müavinlərinin rəhbərlik etdiyi üç dövlətin komissiyası mövcuddur. Ola bilər ki, Avropa da belə bir komissiya yaratsın, burada da təbii ki, Azərbaycanın mövqeyi əsas götürüləcəkdir. Çünki Azərbaycan ədalətli mövqeyi ortaya qoyur. İkincisi də Azərbaycan qalib tərəfdir. Məğlub tərəfin mövqe ortaya qoyması və tələb irəli sürməsi heç bir hüquqa, qanuna sığan şey deyil və sərhədlərin müəyyənləşməsi də bu vaxta qədər mövcud olmuş xəritələr əsasında razılığa gəlməklə müəyyən edilərək dəqiqləşdirilir".

Arzu İSMAYIL

Mənbə: redaktor.az