Tahir Budaqov: "Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bərabərhüquqludur"

Tahir Budaqov: "Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bərabərhüquqludur"<span class="qirmizi"></span>

"Çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən taleyüklü məqamları, həlledici anları və tarixi nailiyyətləri məhz Heydər Əliyevin adı ilə bağlıdır".

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov "Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi" adlı konfransda bildirib.

Onun sözlərinə görə, Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə müxtəlif etnik və dini köklərə malik xalqların yaşadığını nəzərə alaraq həm milli maraqlara, həm də zamanın çağırışlarına uyğun siyasət həyata keçirilib, multikultural dəyərlərin təşəkkülü təmin edilib və tolerantlıq mühiti gücləndirilib.

"Ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinin bərabərhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiyası, etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlaması üçün istər hüquqi, istərsə də mənəvi müstəvidə bütün şərtlər təmin edilmiş - əlverişli şərait yaradılıb. "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq",- deyən Ulu Öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə bu sərvətin qorunması və zənginləşməsi üçün məqsədyönlü siyasət həyata keçirmiş və müsbət nəticələr – diqqətəlayiq nailiyyətlər əldə edilib", - T.Budaqov deyib.

Mənbə: report.az