İran “Şahid”lərindən Qərb ehtiyat hissələri tapıldı - Danilov

İran “Şahid”lərindən Qərb ehtiyat hissələri tapıldı - Danilov<span class="qirmizi"></span>

Rusiyanın Ukrayna ərazilərinə hücum etdiyi İran “Şahid” PUA-larında müttəfiqimiz olan ölkələrin ehtiyat hissələrinə rast gəlinib.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Biz dronları sökəndə təəssüf ki, İranda və Rusiyada istehsal olunmayan hissələr tapdıq. Dronlar əsasən 2019-2021-ci illərdə istehsal edildiyi üçün ola bilər ki, tammiqyaslı işğal başlamazdan əvvəl alınıb. Ancaq sanksiyalara baxmayaraq, Qərb ehtiyat hissələrinin Rusiyaya necə daxil olduğunu anlamaq lazımdır”, - Danilov bildirib.

Mənbə: axar.az