Separatçıların İrəvanda ofisi bağlanmalıdır - Çaxoyan

Separatçıların İrəvanda ofisi bağlanmalıdır - Çaxoyan

Ermənistanda mühacir hökuməti təmsil edən bütün ofislər bağlanmalıdır. Çünki onlar mövcudluğu ilə İrəvanın təhlükəsizliyinə və dövlətçiliyinə təhlükə yaradırlar.

Bunu Ermənistan Baş nazirinin Aparat rəhbərinin müavini Taron Çaxoyan Feysbuk səhifəsində yazıb.

“Ermənistanda dövlət daxilində dövlət ola bilməz, sürgündə hökumət yoxdur və ola da bilməz. Qarabağı viran qoyan həmin avantüristlər Ermənistanda mühacirətdə olan hökumət yaratmağa çalışırlar ki, bu da milli təhlükəsizliyə birbaşa təhlükə yaradır”, - o bildirib.

Mənbə: axar.az