İlham Əliyev 2 fərman imzaladı

İlham Əliyev 2 fərman imzaladı<span class="qirmizi"></span>

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiqləyib.

Axar.az xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi sazişin müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki, saziş 2023-cü il aprelin 19-da Bakı şəhərində imzalanıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il dekabrın 14-də Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiqlənib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sənədin müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İndoneziya hökumətinə bildiriş göndərəcək.

Mənbə: axar.az