Türkiyəli generaldan Zəngəzur dəhlizi AÇIQLAMASI

Türkiyəli generaldan Zəngəzur dəhlizi <span class="qirmizi">AÇIQLAMASI</span>

Zəngəzur dəhlizi İranla türk dünyası arasında ciddi problemlərə və qarşıdurmaya gətirib çıxaracağı gözlənilir.

“Ölkə.Az” xəbər verir ki, bunu ehtiyatda olan türkiyəli general Ərdoğan Karakuş “Haber Qlobal”da Azərbaycan və Ermənistan liderlərinin Kişinyov görüşünün yekununu şərh edərkən deyib.

Türkiyəli generalın sözlərinə görə, İrəvanla Bakı arasında sülhün əldə olunmasının şərtlərindən biri də Zəngəzur dəhlizinin reallaşmasıdır. “Problem ondadır ki, onlar Zəngəzur dəhlizinin açılması ilə razı deyil”, - o qeyd edib.

O əlavə edib ki, Zəngəzur dəhlizi Türkiyənin də maraqları olduğundan bu prosesdə aktiv rol oynamalı olacaq.

“Bu layihənin reallaşması, Türkiyəni Mərkəzi Asiya ilə daha sıx əlaqə yaratmasına imkan verəcək. O baxımdan prosesdə aktiv iştirakı gözləniləndir. Bu da təbii ki, İranın xoşuna gəlməyəcək. Nəticədə Türkiyə Azərbaycanla birlikdə digər türk dövlətlərinin iştirakı İrana qarşı bir cəbhə formalaşdıra bilər. Burada Azərbaycan bəzi məsələlərdə daha çox fədakarlıq edəcək. Çünki bu qazan-qazan formuldur. Amma sonda həm Türkiyə, həm də Azərbaycan qazanacaq”, - general-leytenant Karakuş qeyd edib.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az