“Paşinyan Ərdoğanın qılıncının altına girməyə getdi...”

“Paşinyan Ərdoğanın qılıncının altına girməyə getdi...”<span class="qirmizi"></span>

Paşinyan özünü Ərdoğanın qılıncının altına salmağa, bu Türkiyə liderinin bütün əmrlərinin yerinə yetirildiyini bildirməyə getdi.

Moderator.az xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan öz Facebook səhifəsində yazıb.

“Paşinyan Ərdoğanı şəxsən təbrik etməyə hazırlaşır. Azərbaycan ordusunu “Bayraktar”larla təlimləndirən və silahlandıran, 44 günlük müharibəyə generallar göndərən Ərdoğan Ermənistanı blokadada saxlamaqda davam edir, Ermənistana öz şərtlərini diktə edir, ölkəmizi hədələyir. Paşinyan şəxsən Ərdoğanın qılıncının altına girməyə, bu Türkiyə liderinin bütün əmrlərinin yerinə yetirildiyini bildirməyə getdi”,- deyə erməni deputat Türkiyə dövlətinə qarşı böhtan dolu çıxışını davam etdirib.

Mənbə: moderator.az