Paşinyan Türkiyədə diqqətdən kənarda qalıb

Paşinyan Türkiyədə diqqətdən kənarda qalıb<span class="qirmizi"></span>

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentlik səlahiyyətlərinin icrasına başlama mərasimində çıxış edərkən digər ölkələrdən qonaq gələn prezidentləri və hökumət başçılarını adbaad salamlasa da, Nikol Paşinyanın ismini çəkməyib.

R.T.Ərdoğan bir sıra ölkələrin, o cümlədən Azərbaycan, Bolqarıstan, Venesuela, Qazaxıstan, Qırğızıstan, Pakistan və Özbəkistanın prezidentləri və hökumət başçılarını, NATO-nun baş katibi Yens Stoltenberqi salamlayaraq, tədbirə qatılan yüksək vəzifəli qonaqlara minnətdarlığını ərz edib.

Türkiyə Prezidenti əlavə edib ki, mərasimdən sonra təşkil ediləcək təntənəli şam yeməyində bütün ölkələrin rəhbərləri ilə ayrı-ayrılıqda söhbət etmək imkanı olacaq.(oxu.az)

 

 

 

Mənbə: big.az