Rusiyaya qarşı əks-hücum: “Startdan 72 saat sonra...” – Generaldan proqnoz

Rusiyaya qarşı əks-hücum: “Startdan 72 saat sonra...” – <span class="qirmizi">Generaldan proqnoz</span>

“Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı təsiredici olacaq, bu, uğura gətirib çıxara bilər, çünki ukraynalılar öz ölkələrini azad etmək niyyətindədirlər”.

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru, general Devid Petreus çıxış edib.

“Güman edirəm ki, effektli hərbi nəticdə əldə edəcəklər, başqa sözlə, hərbi əməliyyatları (əks-hücum) uğurla həyata keçirəcəklər”, - general qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın ixtiyarında maneələri aşan və mina sahələrini təmizləyən mühəndis qoşunları, onu Rusiya təyyarələrindən qoruyan hava hücumundan müdafiə sistemləri, tank əleyhinə raketlərə qarşı güclü zirehlər, Rusiyanın radio şəbəkələrini sıradan çıxaran radioelektron müharibə vasitələri, həmçinin artilleriya və minaatanlar kimi resurslar var.

Petreusun fikrincə, bütün bunlar əks-hücumun sürətli olacağına, bunun kulminasiya nöqtəsinin startdan cəmi 72-96 saat sonra gəlməsinə və Rusiyanın böyük itkilərə məruz qalmasına səbəb olacaq.

Mənbə: teleqraf.com