Zurabişvili Saakaşvilini həbsdən AZAD EDƏCƏK?: "Yüksək səslə deyirəm ki..."

Zurabişvili Saakaşvilini həbsdən AZAD EDƏCƏK?: "Yüksək səslə deyirəm ki..."<span class="qirmizi"></span>

Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilini elektron qolbaqla həbsdən azad etməyi təklif edib.

Bu barədə Publika.az prezidentin Fransanın “France 24” telekanalına müsahibəsində verdiyi açıqlamaya istinadla xəbər verir.

"Düşünürəm ki, o (Saakaşvili, - red.), yaxşı münasibətə layiqdir və mən bunu yüksək səslə deyirəm - ona görə ki, dünyada həbsə məhkum edilmiş bir çox başqa prezidentlərlə yaxşı rəftar edilib. Bildiyimiz elektron qolbaqlar və AB-yə daxil olan ölkə üçün daha uyğun olan digər formalar var", - Zurabişvili bildirib.

Gürcüstan prezidenti Saakaşvilinin səhhətini nəzərə alaraq onu əfv etmək niyyətində olub-olmaması ilə bağlı suala belə cavab verib:

"Onlar (Avropa rəsmiləri, - red.) bütün bu vəziyyətin Gürcüstanın Qərbdəki imicinə vurduğu ziyanı vurğulayırlar. Bu, məni narahat edir və mən bu vəziyyəti yüngülləşdirmək üçün çox şey edirəm. Amma ziyanı hökumətin qəbul etdiyi qərarlar verib və amnistiya əslində həmin zərəri bərpa etməyəcək", - o əlavə edib.

Mənbə: publika.az