Separatçı Paşinyana meydan oxudu

Separatçı Paşinyana meydan oxudu

"Bizim atdığımız hər hansı bir addım Ermənistan üçün təhlükə ola bilməz, mən deyərdim, əksinə".

Bu iddia ilə Qarabağdakı keçmiş xunta rejiminin oyuncaq “parlamentinin deputatı” Metakse Akopyan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdan olan köçkünlər arasında bəzi dairələrin zorakılıq yaradan addımlar atmasının Ermənistanın milli təhlükəsizliyinə təhdid olması ilə bağlı bəyanatına cavabında belə deyib.

“Bütün addımlarımız, hərəkətlərimiz yalnız bir məqsədə - düşmən tərəfindən işğal olunmuş vətənimizə qayıtmağa yönəlib. Faktiki olaraq, artsax respublikası mövcuddur, o, düşmən tərəfindən işğal olunub və bizim vətənimizə qayıtmaq imkanımız olduğu anda respublikanın bütün qurumları fəaliyyət göstərməlidir. Bizim qayıdış məqsədimiz isə heç vaxt Ermənistanın mövcudluğuna təhlükə yarada bilməz. Biz heç vaxt artsaxı Ermənistandan ayrı və əksinə hesab etməmişik. Etdiyimiz hər şey hesablanmışdır və təhlükə yarada bilməz”, - Akopyan gic-gic danışmağa davam edib və bununla faktiki olaraq Paşinyana meydan oxuyub.

Mənbə: musavat.com