Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanacaq.
“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.
Bununla bağlı icraçı qurum kimi Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyənləşib.
Şəhərlərin baş planların hazırlanması 2023–2027-ci illəri əhatə edəcək.
Mənbə: report.az