Rusiyanın Ukraynaya qarşı hiyləgər planı BAŞ TUTMADI

Rusiyanın Ukraynaya qarşı  hiyləgər planı  BAŞ TUTMADI<span class="qirmizi"></span>

Britaniya kəşfiyyatı keçən ay Ukraynaya dron hücumu ilə bağlı məlumat yayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, may ayında Rusiya tərəfi Ukrayna üzərinə 300 İran dronu göndərib.

Bildirildiyinə görə, ruslar güman edirmiş ki, ukraynalılar dronlara qarşı Qərbdən yeni aldıqları raketləri sınaqdan çıxaracaqlar. Amma rəsmi Kiyev onların bu hiyləgər tələsinə düşməyib.

Dronların 90 faizini məhv edən Ukrayna ənənəvi raketlərdən istifadə edib. Qərbdən alınanlara isə toxunmayıb.

Mənbə: lent.az