NATO Şərqi Avropada hərbi qüvvəsini ikiqat artırdı

NATO Şərqi Avropada hərbi qüvvəsini ikiqat artırdı<span class="qirmizi"></span>

NATO 2021-ci ildən bəri Şərqi Avropadakı hərbi mövcudluğunu iki dəfə artırıb.

Axar.az xəbər verir ki, bu sözləri NATO-nun sözcüsü Oana Lunqesku deyib.

“NATO daha dörd ölkədə - Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada döyüş qrupları yaradaraq şərq cinahını qismən gücləndirib. Belə ki, 2021-ci ildə dörd qrupda bu say 5000 nəfər olduğu halda, hazırda səkkiz döyüş qrupunda 10 minə yaxın əsgər mövcuddur”, - Lunqesku bildirib.

Mənbə: axar.az