Ərdoğanı təbrik edən Qərb liderləri “ikiüzlülər bandası” kimi təqdim olunur

Ərdoğanı təbrik edən Qərb liderləri “ikiüzlülər bandası” kimi təqdim olunur<span class="qirmizi"></span>

Türkiyə “rəngli inqilab”in bir addımlığında. Qərbin “ikiüzlü banda” adlanan liderləri hərəkətə keçir. Məğlubiyyətlə barışmayanların revanş cəhdi baş tutacaqmı?

Məşhur “Global Research” araşdırma mərkəzinə istinadən hazırlanmış bu yazı saytlar üçün nəzərdə tutulub. Siyasətlə maraqlanan şəxslərin oxuması tövsiyə olunur.

Türkiyə “rəngli inqilab”in bir addımlığında. Qərbin “ikiüzlü banda” adlanan liderləri hərəkətə keçir. Məğlubiyyətlə barışmayanların revanş cəhdi baş tutacaqmı?

“Görünən odur ki, bu dəfə Türkiyədə Qərbin planları baş tutmadı. İkinci turun nəticələri Qərbin gözləntilərinə son dərəcə zidd oldu. ABŞ və Avropa İttifaqı Qərbyönlü, Rusiyaya qarşı sanksiyalara dəstək verən, anti-Rusiya və NATO-ya meylli namizədin qələbəsini istəyirdi - bütün bunları isə Kemal Kılıçdaroğlu təklif edirdi”...

Bu barədə mən dəfələrlə yazmışam. İndi mən deyən şeyləri Kanadanın məşhur “Global Research” saytı da yazır. Yuxarıdakı abzas həmin saytdan götürülb. Aşağıda həmin məqaləni təqdim edəcəm. Qoy Kemalın vurğunlarının ürəyində zərrə qədər də şübhə qalmasın...

“Global Research” saytında gedən “Turkey: Erdogan’s Election Victory – What’s Next?” (Türkiyə: Ərdoğanın seçki zəfəri – Növbəti nə olacaq?) adlı məqalədə deyilir ki, prezident Bayden və Avropa Komissiyasının seçilməmiş sədri Madam von der Leyen kimi bütün mühüm Qərb “liderləri” Ərdoğanı “qələbəsinə” görə təbrik etdilər.
Məqalədə cənab Ərdoğanı təbrik edən Qərb liderləri “ikiüzlülər bandası” kimi təqdim olunur. Çünki həmin Qərb liderləri kəskin şəkildə cənab Ərdoğana qarşı idi. Xüsusən Co Bayden Ərdoğan iqtidarını devirməklə hədələyirdi.

Məqalədə o da deyilir ki, çoxqütblü dünya fakt olaraq ortada olsa da Qərb Vahid Dünya Nizamına (One World Order) can atır. Qərb dünyaya hökmranlıq etməyə davam etmək kimi absurd ambisiyasından əl çəkmir. Vaşinqton və onun vassalı olan Brüsselin Türkiyədəki prosesləri bundan sonra sadəcə seyr edəcəyini düşünmək sadəlövhlük olardı.

Məqalədə vurğulanır ki, kütləvi zehni manipulyasiya yolu ilə qeyri-sabitliyə və ya açıq-aşkar “Rəngli İnqilab” tipli sarsıntılara səbəb olan variantlara üstünlük verən Qərb heç şübhəsiz ki, Ərdoğan və müttəfiqlərini bu yolla sınağa çəkəcək, onlar, Ərdoğan və onun müttəfiqləri buna hazır olmalıdırlar...

Öz tərəfimdən onu vurğulayım ki, 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada baş vermiş dövlət çevrilişi cəhdi Türkiyəni silkələdi. ABŞ və Avropa İttifaqının FETO+PKK ilə birlikdə həyata keçirdiyi hərbi çevriliş cəhdi Rusiyanın Türkiyəyə dəstəyi sayəsində baş tutmadı. Putinin vaxtında Ərdoğana ötürdüyü məxfi məlumat çevriliş planının qarşısının alınmasımda müstəsna rol oynadı.

Hazırda Qərbin Türkiyədə hərbi çevriliş etmək şansı sıfırın altındadır. Ancaq Türkiyədə sosial vəziyyət ürəkaçan deyil. Yaşam şərtləri ciddi şəkildə çətinləşib. Qərb bu amildən yararlanmağa cəhd göstərə bilər. Seçki dönəmində sayın Meral Akşenerin: “Patates, soğan güle güle Erdoğan”, şüarı yadınızdadırmı? Hətta əlinə soğan alıb mitinq iştirakçılarının qarşısına çıxan siyasi liderlər də vardı...

Ona görə də sayın Ərdoğanın yeni kabineti ilk növbədə Türkiyədə mövcud olan sosial problemlərin həlli üçün ciddi addımlar atmalıdır. Aydındır ki, Türkiyədə sosial problemlər dərinləşsə, Qərb müxtəlif beyin mərkəzlərində hazırlanmış ssenariləri Türkiyəyə qarşı işə sala bilər. Nə Qərbə, nə də Türkiyədə Qərbə bağlı olan siyasi düşərgəyə belə bir arqument vermək olmaz..

Təqdim etdiyim məqalədən də göründüyü kimi, son seçkidə Ərdoğana böyük hesabla uduzan Qərb revanşa can atacaq. Bu canatma Qərbi məmnun edə biləcək nəticə ilə başa çata bilərmi? Düşünmürəm, ancaq mümkün təhlükələrə Türkiyə hazır olmalıdır.
Cənab Ərdoğanın prezident olacağı növbəti 5 ildə Türkiyə qaz və neft hasilatına və Avropa İttifaqına ixracına nail olmalıdır. Türkiyənin qaz və neftə olan daxili tələbatı da yerli imkanlara söykənərək ödənilməlidir. Təkcə bu 100 milyard dollardan vəsait deməkdir. Türkiyənin hərbi sənayesi sürətli inkişafını davam etdirməli, ən müasir texnologiyalara söykənən istehsal sahələri genişlənməlidir. Süni intellekt dönəminə qədəm qoyan bəşəriyyətdə Türkiyə türk və islam sivilizasiyasının lokomotivi qismində çıxış etməyi bacarmalıdır. Zatən Türkiyənin missiyası da elə budur...

Elbəyi Həsənli, Sürix

Mənbə: moderator.az