Azərbaycanda avtomobillər utilizasiyaya verilməzdən əvvəl dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılacaq

Azərbaycanda avtomobillər utilizasiyaya verilməzdən əvvəl dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılacaq<span class="qirmizi"></span>

Azərbaycanda avtomobillər utilizasiyaya verilməzdən əvvəl dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılacaq.

“Report”un xəbərinə görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə “Tullantılar haqqında” qanunla müəyyənləşdirilmiş qaydada utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs tərəfindən müvafiq orqanlara müraciət edilir. Müraciət qəbul edildikdən 3 iş günü müddətində həmin orqanlar tərəfindən araşdırma aparılacaq.

Mənbə: report.az