Ərdoğanın müavini bu posta NAMİZƏDDİR

Ərdoğanın müavini bu posta NAMİZƏDDİR<span class="qirmizi"></span>

Türkiyə parlamentinin hakim siyasi qüvvələrinin spiker postuna namizədi bəlli olub.

"Unikal" xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilir ki, AKP və MHP fraksiyaları parlament sədri vəzifəsinə Numan Kurtulmuşun namizədliyini irəli sürüb.

Parlamentin sədri çərşənbə günü seçiləcək. Hazırda müvəqqəti olaraq bu vəzifəni MHP sədri Dövlət Bağçalı icra edir.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin 25, 26 və 27-ci çağırış deputatı olan Kurtulmuş AKP sədrinin müavinidir.

Mənbə: www.unikal.org