9 rusiyalının Aİ-yə girişi qadağan olundu

9 rusiyalının Aİ-yə girişi qadağan olundu<span class="qirmizi"></span>

Aİ insan haqlarını pozduğuna görə 9 rusiyalıya qarşı sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, Brüsseldə hesab edirdilər ki, onların hamısı xarici agent kimi tanınan publisist Vladimir Kara-Murzanın işində iştirak edir.

Söhbət dörd hakimdən və ədliyyə nazirinin müavini Oleq Sviridenkodan gedir. Onların Avropa İttifaqına girişi qadağan edilib.

Bu barədə Avropa İttifaqının rəsmi jurnalında dərc olunan qərarda deyilir.

Mənbə: www.unikal.org