TBMM-in sədri vəzifəsinə namizəd irəli sürüldü

TBMM-in sədri vəzifəsinə namizəd irəli sürüldü<span class="qirmizi"></span>

Hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Qurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədrliyinə namizəd göstərilib.

Axar.az xəbər verir ki, bu barədə MHP üzvü Ərkan Akçay bildirib.

Məsələ ilə bağlı danışan AKP-çi Abdullah Gülər bununla bağlı təklifi MHP-dən olan deputat Ərkan Akçayla birlikdə verdiklərini söyləyib:

"Qazilər məclisimizdə "Türk əsri"nə yaraşan bir dövr yaratmaq istəyirik. Biz digər müxalifət partiyaları ilə də işləyəcəyik ki, keyfiyyətli qanunlar qəbul edək. Numan bəy sədr olacaq. Uğurlar".

O qeyd edib ki, Numan Qurtulmuş Cümhur İttifaqının namizədi kimi irəli sürülüb.

Mənbə: axar.az